"Qəbələ" klubunun sabiq qapıçısı Əmrah Məmmədli 1-ci Liqada çıxış edəcək.


Rekord.az xəbər verir ki, "Mingəçevir" 24 yaşlı qolkiperlə anlaşdığını açıqlayıb.


Onunla mövsümün sonunadək müqavilə imzalanıb.


Əmrah Məmmədli karyerası ərzində "Şimal", "Cəbrayıl", "Araz-Saatlı" və MOİK klublarının formasını geyinib.