EN

Levandovski Messinin rekordunu təkrarladı

"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında kataloniyalıların sabiq ulduzu Lionel Messinin rekordunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, polşalı forvard buna əsas mərhələnin 8-ci turunda "Kopenhagen"ə qol vurmaqla nail olub.

"Barselona"nın mətbuat xidmətinin məlumatına görə,  Danimarka klubu Robertin karyerasında Çempionlar Liqasında məyus etdiyi 40-cı komanda olub. Messi də eyni göstəriciyə malikdir.

Üçüncü yerdə Kriştianu Ronaldudur. Portuqaliyalı superulduz ÇL-də 38 komandanın qapısına yol tapıb. 

Chosen
28
fanat.az

1Sources