EN

Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxdı

Xəzər dənizinin geri çəkilməsi nəticəsində Lənkəran şəhəri ərazisində nəhəng beton bünövrələr üzə çıxıb.

NOCOMMENT.az-ın Cənub bürosu xəbər verir ki, çay daşlarından inşa edilən bu tikililər bir vaxtlar sahilboyu ərazilərdə mövcud olan mühafizə sədlərinin bünövrəsi olduğu ehtimal edilir.

Məlumata görə, sonradan dəniz suyunun irəliləməsi nəticəsində həmin beton divarlar uzun müddət suyun altında qalıb. Lakin son illərdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi sahilboyu ərazilərdə bu bünövrələrin yenidən görünməsinə səbəb olub.

Turab

Chosen
104
11
nocomment.az

10Sources