EN

Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 29,6 faiz artıb

2025-ci ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 260,4 milyon manata yaxın vergi daxil olub ki, bu da proqnozdan 68,9 milyon manat çoxdur. 2024-cü illə müqayisədə vergi daxilolmaları 33,7 milyon manat və ya 14,9 faiz artıb.

Qeyri-dövlət sektorundan daxilolmalar 185,9 milyon manata yaxın olub. Əvvəlki ilə nisbətən bu sektordan vergi daxilolmaları 33,0 milyon manat və ya 21,6 faiz artıb. Ödənilən vergilərin 71,4 faizi qeyri-dövlət sektorunun, 29,6 faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü illə müqayisədə 5,1 faiz artaraq 4,7 milyon manata yaxın olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr əvvəlki ilə nisbətən 9,5 faiz artıb və 31,7 milyon manatdan çox təşkil edib.

Chosen
23
vergiler.az

1Sources