EN

BMU alimlərinin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda yayımlanıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 yanvar, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi Yusif Abdullayev və Qida və biotexnologiya kafedrasının müdiri, dosent Rəvan Rəhimovun həmmüəllif olduğu elmi məqalə yüksək impakt faktorlu FUEL jurnalında dərc edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Q1 kateqoriyalı nüfuzlu beynəlxalq jurnal Scopus beynəlxalq elmi bazasında indekslənib.

Müəlliflər “Xam neft asfalten dispersiyası üçün N-Oktilaminopropan-2-ol səthi aktiv maddə: İnteqrasiya olunmuş eksperimental və modelləşdirmə anlayışları” adlı məqalədə xam neftdə asfaltenlərin dispersiyasının yaxşılaşdırılması istiqamətində səthi-aktiv maddənin təsirini eksperimental və modelləşdirmə üsulları əsasında araşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
azertag.az

1Sources