
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfərə edib.
Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Esenboğa Hava Limanında Mirziyoyevi və xanımı Ziroat Mirziyoyevanı Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan qarşılayıb.
Səfər çərçivəsində Türkiyə–Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçiriləcək. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Seyranə QuliyevaMissiya.Az