EN

YAP Naftalan şəhər təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağları davam etdirilir

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı “İslam Həsənzadə küçəsi 197” və  “Nizami Gəncəvi küçəsi 55” ünvanları üzrə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağları keçirilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ərazi partiya təşkilatlarının hesabat məruzələri dinlənilib. Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirilib.

İclaslarda təşkilati məsələlərə də baxılıb. “İslam Həsənzadə küçəsi 197” ünvanı üzrə ərazi partiya təşkilatına Samir Allahverdiyev sədr, Mehriban Qəmbərova sədr müavini, “Nizami Gəncəvi küçəsi 55” ünvanı üzrə ərazi partiya təşkilatına isə  Samir Qurbanov sədr, Yavər Aslanov  sədr müavini seçiliblər.

Sonda YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Chosen
30
2
yeniazerbaycan.com

10Sources