EN

Deputat Samir Vəliyev “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində məruzə ilə çıxış edib

Yeni Azərbaycan Partiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Milli Məclisin üzvü Samir Vəliyev məruzə ilə çıxış edib. Görüş bu gün Bakı Dövlət Universitetində yerləşən Heydər Əliyev Muzeyində baş tutub. Məruzə zamanı Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu, müasir Azərbaycanın inkişaf strategiyası və gənclərin bu prosesdə rolu barədə geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə universitet rəhbərliyi, müəllim və tələbələr iştirak edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Pərvanə Fərhadqızı

Chosen
32
qht.az

1Sources