Ötən il Azərbaycanda əlilliyi olan daha 5800 şəxs işlə təmin edilib. 1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, 2025-ci ildə Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1284 şəxs üçün proqram çərçivəsində kiçik ailə təsərrüfatları yaradıb. Ümumilikdə son bir ildə əlilliyi olan 500-dək şəxs peşə kurslarına cəlb olunub.