EN

Milli Məclisin deputatı Rövşən Muradov seçicilərlə görüşüb -Fotolar



2026-cı il yanvar ayının 29-da Milli Məclisin deputatı Rövşən Muradov Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə növbəti görüşünü keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov da iştirak edib.

aia.az xəbər verir ki, görüş zamanı sakinlər üzləşdikləri problemlərdən bəhs edib və bır sıra təkliflərlə Rövşən müəllimə müraciət ediblər.

Deputat qaldırılan məsələlərin həlli istiqamətində səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görüləcəyini sakinlərə bildirib, eyni zamanda bəzi müraciətlərin aidiyyəti dövlət qurumlarına çatdırılaraq həll olunması üçün zəruri addımların atılacağını qeyd edib.

Qəbula gələn iştirakçılar onlara göstərilən diqqət və dəstəyə görə deputata təşəkkür edib, bu cür görüşlərin vətəndaşların problemlərinin operativ və səmərəli həllinə mühüm töhfə verəcəyini bildiriblər.



Chosen
116
14
aia.az

10Sources