Saat 17:03 radələrində Bakı metrosunun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən Bakı metrosunun "Qırmızı" və "Yaşıl xətlər"ində qatarların hərəkətində gecikmələr var.
"Cebheinfo.az"