Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB
Bakı, 29 yanvar, AZƏRTAC
Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.
Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
***
Bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, buna görə də Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.
17.43