EN

Goranboyda maşınlar toqquşdu - Xəsarət alanlar var

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Ölkə.az” xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ 21010” markalı maşınla “VAZ 2106” markalı avtomobil toqquşub. Hadisə zamanı 2002-ci il təvəllüdlü Faxralı kənd sakini Eltun Babayev və 1991-ci il təvəllüdlü Nərgiz İsmayılova müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Onların vəziyyəti kafidir.

Chosen
64
9
olke.az

10Sources