EN

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçirilib

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub.

Burada "Gənclər" kollektivi "Xilasedici"yə 0:3 (18:25, 18:25, 14:25) hesabı ilə uduzub.

Qadınların çempionatında isə "Turan" "Gənclər"i 3:0 (25:20, 25:11, 25:17), "DH Volley" isə "Azərreyl"i 3:0 (25:13, 27:25, 25:15) hesabları ilə məğlub ediblər.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Chosen
42
25
far.az

10Sources