EN

Odlar Yurdu Universitetinin nümayəndələri DSMF-də keçirilən vətəndaş qəbulunda iştirak ediblər - FOTOLAR

28 yanvar 2025-ci il tarixində Odlar Yurdu Universitetinin Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, i.e.d., professor Elşad Məmmədov və Universitetin Strateji inkişaf və karyera departamentinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbərliyinin dəvəti ilə DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev tərəfindən Fondun Aparatının Qəbul Mərkəzində keçirilən Vətəndaş Qəbulunda iştirak ediblər.

QHT.az xəbər verir ki, qəbul zamanı Bakı şəhərində və ölkənin müxtəlif regionlarında qeydiyyatda olan vətəndaşların müraciətləri dinlənilib.

 Müraciətlər əsasən pensiya təminatı, ünvanlı dövlət sosial yardımı və təqaüdlərlə bağlı məsələləri əhatə edib.

Vətəndaşlar tərəfindən qaldırılan bütün müraciətlər qeydiyyata alınıb, onların bir qismi yerindəcə öz həllini tapıb, digər müraciətlərin isə qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli üçün Fondun müvafiq struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.

Qəbulun yüksək səviyyədə təşkili, vətəndaşların müraciətlərinə həssas yanaşma, qaldırılan məsələlərə operativ reaksiya verilməsi, eləcə də şəffaf və ədalətli münasibət formatının qurulması müsbət qiymətləndirilərək təqdirəlayiq hesab olunub.

Bu cür qəbul mexanizmləri dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, sosial müdafiə sahəsində etimadın artırılması və ictimai nəzarətin effektivliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Chosen
31
qht.az

1Sources