EN

İran Almaniyadakı səfirini geri çağırdı



İran Xarici İşlər Nazirliyi Almaniya kansleri Fridrix Merzin İslam Respublikası hökuməti və silahlı qüvvələri ilə bağlı təxribatçı açıqlamaları ilə əlaqədar Almaniya səfiri Aksel Dittmannı geri çağırıb.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, yanvarın 28-də Merz Avropa İttifaqında hələ də İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi təsnif etməyə hazır olmayan bir və ya iki ölkənin olmasından təəssüfləndiyini bildirib. Kansler Berlinin İran hökumətinə maksimum təzyiq siyasətini dəstəklədiyini deyib.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:

"Qərbi Avropa Ölkələri Departamentinin rəhbəri Əlirza Yusifi ilə görüş zamanı səfirə İran İslam Respublikası tərəfindən Almaniya rəsmilərinin məsuliyyətsiz açıqlamalarına qarşı sərt etiraz bildirilib".

Anar
Chosen
13
3
newscenter.az

10Sources