EN

Levandovski Messinin rekordunu təkrarladı


37 yaşlı polşalı “Barselona” hücumçusu Robert Levandovski Çempionlar Liqasında “Barselona”nın keçmiş hücumçusu Lionel Messinin tarixi nailiyyətinə bərabərləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “365Scores” statistika portalı məlumat yayıb. 
Mənbənin məlumatına görə, Levandovski Avropanın aparıcı yarışında 40-cı klubuna qol vurub. Bu, onu bu kateqoriyada Messi ilə bir pillə irəli aparır.
Xatırladaq ki, Levandovskinin qol vurduğu 40-cı klub “Kopenhagen” olub. Robert matçın 48-ci dəqiqəsində qol vuraraq komandasına 4-1 hesablı qələbə qazandırıb. Oyun 2025/26 mövsümü UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində baş tutub.
Chosen
73
yeniavaz.com

1Sources