29 yanvar 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov tərəfindən vətəndaş qəbulu keçirilmişdir.
Qəbul zamanı vətəndaşlar tərəfindən müxtəlif sosial-iqtisadi və şəxsi məsələlərlə bağlı müraciətlər təqdim edilmişdir. Müraciətlər aşağıdakı kimi qeyd olunmuşdur:
1. Öncəqala ərazi dairəsindən olan vətəndaş özünə məxsus bərbərxana fəaliyyəti ilə məşğul olmaq məqsədilə obyekt üçün yer ayrılması ilə bağlı müraciət etmişdir.
2. Eyni ərazi dairəsindən olan digər vətəndaş sosial vəziyyəti ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə bağlı məsələlər üzrə müraciət etmişdir.
3. Şərəfə kənd sakini əmək fəaliyyəti ilə məşğul olmaq və daimi işlə təmin olunmaq məqsədilə müraciət etmişdir. Vətəndaşın müraciəti məşğulluqla təmin olunması, əmək hüquqlarının qorunması və sosial dəstək mexanizmlərindən yararlanması istiqamətində baxılması üçün qeydə alınmışdır.
4. Səmidxan kənd sakini ərazidə torpaq sahəsinin ayrılması üçün müraciət etmişdir.
5. Şıxlar kənd sakini yağan qar nəticəsində yaşayış evinin dam örtüyünün zədələndiyini bildirmiş və maddi yardım göstərilməsini xahiş etmişdir.
6. Digər bir vətəndaş bağladığı borc müqaviləsi üzrə qarşı tərəfdən borc vəsaitini ala bilmədiyini qeyd etmiş və məsələnin həllini xahiş etmişdir.
7. Tüklə kənd sakini ərazidə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmişdir.
Bütün müraciətlər rayon rəhbəri tərəfindən diqqətlə dinlənilmiş, müvafiq qaydada qeydiyyata alınmışdır. Müraciətlərin bir qismi yerində araşdırılmış, digər müraciətlər isə aidiyyəti qurumlara baxılması üçün yönləndirilmişdir.