EN

Anar Rzayev 19 min 500 manat maaşı necə alır? – AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevlə bağlı yayılan məlumat sosial şəbəkələrdə müzakirə yaradıb. Bəlli olub ki, onun aylıq maaşı 19 min 500 manatdır. Bu barədə Post TV”nin rəhbəri Samir Feyruzov hazırladığı video çıxışında bildirib.

Bu, doğru xəbər ola bilərmi? Yüksək maaş hansı kriteriyalarla təyin edilir?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Ruslan Atakişiyev deyib ki, ölkəmizdə dövlət qurumlarında və büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının müəyyənləşdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarları əsasında həyata keçirilir:

“Bu o deməkdir ki, müxtəlif dövlət qurumlarında çalışan şəxslərin əməkhaqları ümumi dövlət qulluğu üçün müəyyən edilmiş ştat cədvəllərinə və vahid meyarlara uyğun olaraq formalaşdırılır. Bu baxımdan hesab edirəm ki, mətbuatda bu mövzuda yayılan məlumatlara aydınlıq gətirilməsi vacibdir”.

İqtisadçı daha bir məqama toxunub:

“Özəl sektorda əməkhaqlarının müəyyənləşdirilməsi və ya dövlətin payı olan, investisiyalı səhmdar cəmiyyətlərində maaşların təyin edilməsi daxili qərarlar əsasında həyata keçirilə bilər. Lakin sırf dövlət strukturlarında əməkhaqları yalnız Nazirlər Kabinetinin müəyyən etdiyi normalara uyğun şəkildə tənzimlənir”.

Chosen
2
2
konkret.az

3Sources