İngiltərənin “Kristal Pelas” klubu “Aston Villa”nın futbolçusu Evan Qessanın icarəyə götürülməsi ilə bağlı danışıqlara başlayıb.
90deqiqe.Az xəbər verir ki, 24 yaşlı vingeri bir sıra Avropa klublarının maraq dairəsindədir. Lakin hazırkı mərhələdə “Kristal Pelas” bu transferdə əsas favorit hesab olunur.
Kot-d’İvuar millisinin üzvü ötən ilin avqustunda Fransanın “Nitsa” klubundan 35 milyon avro qarşılığında “Aston Villa”ya transfer olunub. Futbolçu cari mövsümdə müəyyən çətinliklərlə üzləşib. O, bütün turnirlər üzrə keçirdiyi 21 oyunda cəmi 2 qola imza atıb və Premyer Liqada yalnız 6 matça start heyətində çıxıb.
Qeyd olunur ki, “Aston Villa”nın hücum xəttinə etdiyi son transferlərdən sonra Evan Qessanın oyun şansı daha da azala bilər.