EN

AZAL-da nə baş verir?-Sərnişinlər normal qida ilə təmin olunmur…

Azərbaycan Hava Yolları (AZAL) ilə səyahət edən bir sərnişin uçuş zamanı göstərilən xidmətlə bağlı narazılığını ictimaiyyətlə bölüşüb.

Sosial şəbəkələrdə yayılan videoda qadın sərnişin uçuş zamanı yeməklərin xeyli gec paylandığını bildirib. Onun sözlərinə görə, növbə ona çatdıqda ekipaj tərəfindən yeməyin qalmadığı deyilib. Sərnişin daha sonra çay istədiyini, lakin enişə az vaxt qaldığı əsas gətirilərək bu istəyinin də yerinə yetirilmədiyini qeyd edib.

Paylaşım qısa müddət ərzində sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi sərnişinin narazılığını haqlı hesab edərək AZAL-ın xidmət keyfiyyətini tənqid edib.

Məsələ ilə bağlı Azərbaycan Hava Yolları tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, regionun ən bahalı uçuş biletlərini AZAL satır.

\\bizimesr.az

Chosen
19
1
editor.az

2Sources