Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.Məlumata görə, “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi verilən şəxslərdən biri Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovdur.
Ötən ilin may ayında isə Fuad Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib.
Qeyd edək ki, Fuad Məmmədov müavin təyinatına kimi Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi olub.