EN

İlqar Hüseynli: Davos Forumu Azərbaycanın mövqeyini daha da gücləndirdi

Davosda keçirilən Dünya İqtisadi Forumu “Ağıllı Əsr üçün Əməkdaşlıq” şüarı altında təşkil olunaraq Azərbaycan üçün mühüm müzakirə platforması yaratdı. Forumda ağıllı sənaye inkişafı, insan kapitalının gücləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə kimi əsas mövzular ön plana çəkildi ki, bu sahələrdə Azərbaycan artıq ciddi addımlar atır.

QHT.az xəbər verir ki, bu fikirləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. Onun sözlərinə görə, xüsusilə yaşıl enerji layihələri və COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın bu istiqamətdə mövqeyini gücləndirir. Forum həm də ölkələr arasında etimadın möhkəmləndirilməsi və yeni iqtisadi əlaqələrin qurulması baxımından əhəmiyyətli oldu:

"Siyasi müstəvidə isə postmüharibə dövründə Azərbaycanın sülh gündəliyinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm imkanlar yarandı. ABŞ tərəfindən irəli sürülən “Sülh Şurası” təşəbbüsündə Azərbaycanın iştirak perspektivi ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilir".

Chosen
21
qht.az

1Sources