EN

Dağıstanda kişi həyat yoldaşını öldürərək cəsədini hissələrə ayırıb

İddialara görə, qətl cehiz kimi verilən avtomobilin satılması üstündə yaranan mübahisə fonunda baş verib...

Poliqon xəbər verir ki, Dağıstan sakini həyat yoldaşını qətlə yetirərək cəsədini hissələrə ayırıb. Mash Telegram kanalının məlumatına görə, hadisəyə səbəb gəlinlik payı kimi verilmiş “Lada Priora” markalı avtomobilin satılması ilə bağlı yaranan mübahisə olub.

Məlumata əsasən, qətldən az əvvəl 28 yaşlı Raci̇di̇n Y. və 36 yaşlı Malvina M. nikah bağlayıblar. Nikahdan sonra qadına gəlinlik payı kimi “Lada Priora” avtomobili verilib. Lakin Raci̇din həyat yoldaşının razılığı olmadan avtomobili Qroznı şəhər sakininə 600 min rubl qarşılığında satıb.

Malvina bu sövdələşmə ilə razılaşmayaraq polisə avtomobilin oğurlanması barədə ərizə ilə müraciət edib. Həmin gün axşam saatlarında Raci̇din “ərizə ilə bağlı danışmaq” bəhanəsi ilə qadının yanına gedib. Altı gün sonra isə Malvinanın yandırılmış cəsəd hissələri Dərbənddən təxminən üç kilometr aralıda yerləşən bir kənddə aşkarlanıb.

Ailəyə yaxın mənbələrin bildirdiyinə görə, Malvinanın əvvəlki nikahından üç azyaşlı övladı qalıb. Hadisə cəmiyyətdə ciddi rezonans doğurub.

Şübhəli şəxs Raci̇din hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Polis bölməsində o, törətdiyi cinayəti etiraf edib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir, hadisənin bütün detalları araşdırılır.

Poliqon.info

Chosen
30
poliqon.info

1Sources