Amerikalı reper və prodüser P. Diddi (əsl adı Şon Kombs) həmkarı Tupak Şakurun qətlində iştirak etdiyini etiraf edib.
"Report" xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzeti məhkəmə işlərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Stiv Otis adlı iddiaçı 2012-ci ildə P. Diddy tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib. Otisin sözlərinə görə, hadisədən sonra reper onu hədələyib və Tupakın qətlini yada salaraq onu susdurmaq üçün təhdid kimi istifadə edib.
Qəzet P. Diddinin dediyi iddia edilən sözlərdən sitat gətirib: "Bu barədə heç kimə deməsən yaxşı olar... Zarafat etmirəm. Əgər Pakı (Tupak Şakur - Red) öldürmüşəmsə, səncə, sənin başına nə gələ biləcəyini anlayırsan?".
Qeyd edək ki, 13 sentyabr 1996-cı ildə naməlum şəxslər reper Tupak Şakurun olduğu avtomobilə atəş açıblar. Bir neçə gün sonra yaralı sənətçi 25 yaşında vəfat edib. Onun ölümündə günahkar olanlar 29 ildən sonra cəzasız qalıb və iş hələ də həll olunmayıb, lakin müstəntiqlər bu yaxınlarda yeni cinayət işi açıblar. Həbs edilən qanqster Dueyn Kit Deyvis iddia edib ki, Tupakın qətlini məşhur P. Diddi sifariş edib.