Moskva və Kiyev enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı ilkin razılığa gəliblər.
Senzor.az bildirir ki, bu barədə Rusiya KİV-i hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu gündən etibarən Rusiya və Ukrayna hərbçilərinə enerji infrastrukturuna zərbə endirmək qadağan edilib.
Qeyd olunub ki, hazırda məsələ ilə bağlı rəsmi şərh yoxdur və Ukrayna mənbələri də öz növbəsində hələlik razılaşmanı təsdiqləməyiblər.