EN

"Yuventus" daha bir türkiyəli futbolçunu transfer edir

"Yuventus" 16 yaşlı türkiyəli futbolçu Esad Denizin transferi ilə bağlı razılığa gəlib.

Redaktor.az bildirir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat verib.

"Yuventus" "Ayaks"ın gənclər akademiyasında çıxış edən Esad Denizi heyətinə qatacaq.

Onunla 2028-cı ilin yayına qədər müqavilə imzalanacaq. Transfer prosesi başa çatdıqdan sonra gənc futbolçu "Juventus Next Gen" komandasında çıxış edəcək və C Seriyasında oynayacaq.

"Yuventus" daha əvvəl 2004-cü il təvəllüdlü türkiyəli oyunçu Teoman Gündüzü transfer etmişdi.

Chosen
101
2
redaktor.az

10Sources