EN

“Qəbələ"nin sabiq qapıçısını transfer etdilər

I Liqa təmsilçilərindən "Mingəçevir" yeni transfer gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mingəçevir" "Qəbələ"nin sabiq qapıçısı Əmrah Məmmədlini transfer edib.

24 yaşlı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Əmrah Məmmədli karyerası ərzində "Şimal", "Cəbrayıl", "Araz-Saatlı" və MOİK-də də oynayıb.

Chosen
48
sportinfo.az

1Sources