EN

“Fənərbaxça” səfərdə qalib gələ bilmədi UEFA Avropa Liqası

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

UEFA Avropa Liqasının Liqa mərhələsində sonuncu - VIII turun oyunları baş tutub.

“Qafqazinfo” xəbər verir ki, VIII tura 18 qarşılaşma ilə yekun vurulub.

Maraqla gözlənilən qarşılaşmalardan biri Buxarestdə keçirilib. Burada yerli FCSB klubu “Fənərbaxç2anı qəbul edib. Görüşün birinci hissəsində İsmail Yüksek baş zərbəsi ilə İstanbul təmsilçisini hesabda önə çıxarıb. İkinci hissədə isə Yuri Çizotti hesaba tarazlıq gətirib. Görüş elə bu hesabla da yekunlaşıb - 1:1. “Fənərbaxça” mübarizəni pley-off mərhələsinə davam etdirəcək.

Afinada keçirilən “Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) qarşılaşması da gərgin mübarizə ilə yadda qalıb. Görüşdə bütün qollar ikinci hissədə vurulub. Yunanlardan Visente Tabordanın qoluna “Roma”dan Yan Zyulkovski cavab verib. Matçda başqa qol olmayıb və oyun 1:1 hesabı ilə yekunlaşıb. “Roma” bu nəticə ilə birbaşa 1/8 final mərhələsinə adlayıb.

Digər qarşılaşmalar aşağıdakı nəticələrlə bitib:

“Aston Villa” (İngiltərə) – “Zaltsburq” (Avstriya) - 3:2;

“Bazel” (İsveçrə) – “Viktoriya Plzen” (Çexiya) - 0:1;

“Real Betis” (İspaniya) – “Feyenoord” (Niderland) - 2:1;

“Srvena Zvezda” (Serbiya) – “Selta Viqo” (İspaniya) - 1:1;

“Seltik” (Şotlandiya) – “Utrext” (Niderland) - 4:2;

“Portu” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) - 3:1;

“Qou Ehed İqlz” (Niderland) – “Braqa” (Portuqaliya) - 0:0;

“Genk” (Belçika) – “Malmö” (İsveç) - 2:1;

“Lill” (Fransa) – “Frayburq” (Almaniya) - 1:0;

“Ludoqorets” (Bolqarıstan) – “Nitsa” (Fransa) - 1:0;

“Lion” (Fransa) - PAOK (Yunanıstan) - 4:2;

“Makkabi” (Təl-Əviv, İsrail) – “Bolonya” (İtaliya) - 0:3;

“Midtyulland” (Danimarka) – “Dinamo Zaqreb” (Xorvatiya) - 2:0;

“Nottingem Forest” (İngiltərə) – “Ferentsvaroş” (Macarıstan) - 4:0;

“Şturm” (Avstriya) – “Brann” (Norveç) - 1:0;

“Ştutqart” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) - 3:2.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
19
qafqazinfo.az

10Sources