Sumqayıtda sərnişin avtobuslarının tez-tez sıradan çıxması sakinlərin narazılığına səbəb olub.
Sakinlərin məlumatına əsasən, bu gün vəziyyət daha da gərgin olub. Belə ki, 33 nömrəli avtobuslardan biri hərəkət zamanı xarab olaraq yolu bağlayıb. Nəticədə marşrut üzrə hərəkətdə olan digər avtobus son dayanacağa çatmadan saxlanılıb və sərnişinlər məcburi şəkildə yolda düşürülüb.
Vətəndaşlar aidiyyəti qurumlardan avtobuslara texniki baxış keçirilməsini və mövcud problemlərin aradan qaldırılmasını tələb edirlər.