EN

ABŞ Prezidenti İran rəhbərliyi ilə əlaqə saxlayıb

ABŞ Prezidenti Donald Tramp son günlər İran rəhbərliyi ilə əlaqə saxlayaraq Tehranı nüvə silahı hazırlamamağa və etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırıb.

"Report"un məlumatına görə, bu barədə Amerika lideri Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bəli, bunlar olub və mən onları davam etdirməyi planlaşdırıram", - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, təmasları zamanı onlara iki şərt qoyub: birincisi, nüvə silahından imtina; ikincisi, etirazçıları öldürməyi dayandırmaq.

"Bir çox böyük və güclü ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrana doğru gedir. Onlardan istifadə etməsəydik, əla olardı", - deyə Amerika lideri əlavə edib.

Chosen
18
50
far.az

10Sources