EN

Rusiya və Ukrayna liderləri arasında birbaşa danışıqlar olacaq?

ain.az bildirir, Baku.ws portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında Davosda, Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşdən sonra yaxın vaxtlarda ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya prezidentlərinin bir araya gələ biləcəyinə dair məlumatlar yayılıb.

Tramp Davosdan Ağ Evə qayıdan zaman təyyarədə bildirib ki, Putinin və Zelenskinin razılaşmaq istəmədiyi vaxtlar var idi: "İndi düşünürəm ki, hər ikisi razılaşmaq istəyir. Bunu öyrənəcəyik".

Məsələ ilə bağlı yayılan açıqlamalar müxtəlif suallar doğurur: Rusiya və ABŞ rəsmilərinin verdiyi bəyanatlar nə deməkdir? Putin və Zelenski həqiqətən razılaşmaya yaxınlaşıblar? Ekspertlər hesab edirlər ki, Ukrayna-Rusiya müharibəsində yalnız ərazi məsələsi deyil, bir sıra strateji problemlər də hələ həllini tapmayıb.

Digər tərəfdən, ABŞ dövlət katibi Marco Rubio Senatda keçirilən dinləmələr zamanı bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə növbəti danışıqlarda iştirak etməyəcəklər. Bu isə onu göstərir ki, tərəflər elə bir mərhələyə gəliblər ki, Vladimir Putin və Volodimir Zelenski bir otaqda birbaşa danışıqlar aparmalı olacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
50
baku.ws

10Sources