ABŞ Prezidenti Donald Tramp son günlər İran rəhbərliyi ilə əlaqə saxlayaraq Tehranı nüvə silahı hazırlamamağa və etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, İran rəhbərliyi ilə təmasları zamanı onlara iki şərt qoyub: birincisi, nüvə silahından imtina; ikincisi, etirazçıları öldürməyi dayandırmaq.
"Bir çox böyük və güclü ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrana doğru gedir. Onlardan istifadə etməsək, əla olar", - deyə Amerika lideri əlavə edib.
Bizim.Media