EN

Şəmkir rayon sakini dəm qazından zəhərlənərək ölüb

Şəmkir rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf xəbər verir ki, 2005-ci il təvəllüdlü, Şəmkir rayonu Təzəkənd kənd sakini Məmmədov Ruhlan Etibar oğlu yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
45
50
teleqraf.com

10Sources