EN

Türkiyədə restoranlarda servis haqqı LƏĞV OLUNDU

Türkiyədə restoranlar, kafelər, şirniyyat dükanları və oxşar qida və içki xidməti müəssisələrinin istehlakçılardan servis haqqı, masa haqları və ya oxşar adlar altında əlavə ödəniş tələb etməsi qadağan edilib.

Ölkə.az "Haber Global"a istinadla xəbər verir ki, bu barədə Ticarət Nazirliyi tərəfindən hazırlanmış "Qiymət Etiket Qaydalarında Dəyişiklik Edilməsi Qaydası" rəsmi qəzetdə dərc edilib və qüvvəyə minib.

30 yanvar 2026-cı il tarixli Resmi Qəzetdə dərc olunan qərarda aşağıdakı ifadələr yer alıb:

“Tarif və qiymət siyahısında göstərilən qiymətlərdən başqa, hər hansı ad altında əlavə haqq alınması halında, bunun tarif və qiymət siyahısında göstərilməsi məcburidir. Lakin restoranlarda, kafelərdə, şirniyyat mağazalarında, qida və içki xidmətləri göstərən oxşar müəssisələrdə, 22/5/2003 tarixli və 4857 saylı Əmək Məcəlləsinin 51-ci maddəsinin müddəası saxlanılmaq şərti ilə istehlakçıdan servis haqqı, masa haqqı, örtük haqqı və ya oxşar hər hansı ad altında əlavə ödəniş tələb edilə bilməz".

Həmidə İbrahimova

Chosen
46
2
olke.az

10Sources