EN

Azərbaycan Basketbol Liqası: Naxçıvan bu gün Quba ilə qarşılaşacaq

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun baş tutacaq.

SİA-nın məlumatına görə, "Naxçıvan" bu gün "Quba" ilə üz-üzə gələcək.

B qrupunun qarşılaşması Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. "Naxçıvan" 25 xalla qrupda ikincidir. 19 xala malik "Quba" isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün baş tutan "Lənkəran" - "Ordu" matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63.

Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
107
50
sia.az

10Sources