Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov vəzifəsindən azad olunub.
NOCOMMENT.az-ın məlumata görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, A.Əzimov 4 ildən artıqdır tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, A.Əzimov 2021-ci ilin oktyabrından AXA sədrinin müavini vəzifəsində çalışırdı.(İqtisadiyyat.az)
