EN

Moskva əmindir: Brüssel gec-tez Rusiya qarşı bu addımı atmağı İrəvandan tələb edəcək

Avropa İttifaqı rəhbərliyi müəyyən bir məqamda Ermənistandan tam siyasi həmrəylik tələb edəcək, o cümlədən Brüsselin anti-Rusiya siyasəti ilə bağlı.

Publika.az xəbər verir ki, bu barədə TASS-a verdiyi müsahibədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib.

Diplomat Ermənistanın Avropaya inteqrasiya planlarını şərh edərkən bildirib ki, "müəyyən bir məqamda Brüssel istənilən namizəd ölkədən hazırda açıq şəkildə Rusiya əleyhinə olan xarici siyasəti ilə tam həmrəylik tələb etməyə başlayır. Həmçinin ümid edirəm ki, İrəvan Brüsselin bütün tələblərini yerinə yetirməyin belə AB üzvlüyünə zəmanət vermədiyini başa düşür".

O, nümunə olaraq on illərdir Aİ üzvlüyü üçün gözləmə siyahısında qalan Qərbi Balkan ölkələrini göstərib. Sərt və çox vaxt populyar olmayan tələblərə cavab vermələrinə baxmayaraq, Albaniya, Şimali Makedoniya, Monteneqro və Serbiya inteqrasiya istəklərini yerinə yetirməyə yaxınlaşa bilməyiblər.

Chosen
85
13
publika.az

10Sources