Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədov barəsində maraqlı məlumat yayılıb.
KONKRET.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda Azərbaycanın vəzifədə olan ən gənc generalı adına sahiblənən Fuad Məmmədovun atasının da yüksəkvəzifəli şəxs olduğu bildirilir.
Məlumata görə, F.Məmmədov bp-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədovun oğludur.
Xatırladaq ki, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyıb. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor olub.