EN

“Avropa İttifaqı müəyyən bir məqamda Ermənistandan tam siyasi həmrəylik tələb edəcək” - Rusiya XİN

“Avropa İttifaqı (Aİ) rəhbərliyi müəyyən bir məqamda Ermənistandan tam siyasi həmrəylik tələb edəcək”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov deyib.

“Müəyyən bir məqamda Brüssel açıq şəkildə Rusiya əleyhinə olan istənilən namizəd ölkədən xarici siyasəti ilə tam həmrəylik tələb etməyə başlayır. Həmçinin ümid edirəm ki, Yerevan Brüsselin bütün tələblərini yerinə yetirməyin belə Aİ üzvlüyünə zəmanət vermədiyini başa düşür”, - deyə siyasətçi vurğulayıb.

Maslennikov bildirib ki, hazırkı vəziyyəti nəzərə alınmaqla, Aİ üzvlüyü namizəd ölkələrin çiçəklənməsinə heç bir şəkildə zəmanət vermir:

“Bu yaxınlarda Avropa İttifaqına üzvlüyünün 20-ci ildönümünü qeyd edən Baltikyanı ölkələrdə iqtisadi göstəricilər və demoqrafik vəziyyət heç də yaxşı deyil”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
91
50
missiya.az

10Sources