Bakı.Trend:
ABŞ-də son bir neçə gün ərzində baş vermiş güclü qar çovğununəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər veirr .
Məlumata görə, ölüm hallarının təxminən yarısı ölkənincənub-şərqində yerləşən Tennessi, Missisipi və Luiziana ştatlarındaqeydə alınıb. İnsanların həlak olmasının əsas səbəbləri sırasındahipotermiya, isinmək məqsədilə od qalayarkən dəm qazındanzəhərlənmə, əlverişsiz hava şəraiti ilə bağlı yol-nəqliyyathadisələri, eləcə də qarın əl ilə təmizlənməsi zamanı baş verənürək tutmaları göstərilir.
Təbii fəlakət ABŞ-də 200 milyondan çox sakinin güzəranına təsiredib, bəzi ərazilərdə qarın hündürlüyü 50 santimetrdən çox olub.Mənfi hava şəraiti səbəbindən ötən həftəsonundan etibarən ölkə üzrəon minlərlə aviareys ləğv edilib.