EN

ABŞ vitse-prezidenti bu tarixdə Ermənistana səfər edəcək

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-da Ermənistana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində müasir müdafiə vasitələri, hərbi texnologiyalar və birgə təlim proqramları vasitəsilə Ermənistan ordusunun gücləndirilməsi məsələlərinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir.

Bununla yanaşı, danışıqlarda enerji şəbəkələrinin modernləşdirilməsi və yeni istehsal güclərinin yaradılması yolu ilə ölkənin enerji müstəqilliyinin təmin edilməsi perspektivləri də nəzərdən keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ceyms Devid Vensin Azərbaycana da səfər edəcəyini bildirmişdi.

(teleqraf)

Chosen
21
50
konkret.az

10Sources