EN

Ötən il yeyinti məhsulları üzrə ixrac 18%-dən çox artıb

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.

Aktual.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Məlumata görə, 2025-ci ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4%, meyvətərəvəz 27,4%, alüminium və onlardan hazırlanan məmulatlar 24,2%, pambıq iplik 19,3%, kimya sənayesi məhsulları 8%, bitki və heyvan mənşəli piylər və yağlar 2% artıb.

Ötən il aqrar məhsullar üzrə ixrac 26,7% artaraq 1 mlrd ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9% artaraq 1,3 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 326,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (192,5 milyon ABŞ dolları) ikinci, karbamid (17 0,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin dekabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (36,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (29,2 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı ( 20,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Ötən ilin on iki ayında Rusiya Federasiyasına 1,2 milyard A B Ş d olla rı, Türkiyəyə 597,3 milyon ABŞ dolları, Gürcüstana 34 7,9 milyon ABŞ dolları, İsveçrə yə 34 7,8 milyon ABŞ dolları, Ukraynaya isə 201 milyon ABŞ dolları də yərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Chosen
35
22
ulusum.az

10Sources