EN

Azərbaycan Honqkonq pasportunu daşıyanlar üçün vizasız rejim tətbiq edib

Azərbaycan Honqkonq Xüsusi İnzibati Rayonu (HKXIR) pasport sahibləri üçün məhdud müddətə vizasız rejim tətbiq edərək giriş şərtlərini asanlaşdırıb.

 FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Honqkonq HKXIR-in mətbuata açıqlamasında bildirilir.

Honqkonq XİR pasport sahibləri 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilə qədər olan müddətdə üç dəfəyədək, hər girişdə 30 günədək Azərbaycana vizasız səfər edə bilərlər.

"Azərbaycan "Bir kəmər - bir yol" təşəbbüsünün üzv ölkəsidir. Bu təşəbbüs çərçivəsində vizasız razılaşma HKXIR pasport sahiblərinə fayda gətirəcək və ikitərəfli turizm, mədəniyyət və iqtisadi əlaqələrin güclənməsinə kömək edəcək", - deyə HKXIR İmmiqrasiya Departamentinin nümayəndəsi qeyd edib.

Həmçinin qeyd olunur ki, Azərbaycan da daxil olmaqla, hazırda 175 ölkə və ərazi HKXIR pasport sahiblərinə vizasız giriş və ya gəliş zamanı viza təqdim edir. ( Report)

Chosen
50
47
fed.az

10Sources