EN

Bankda əmanəti olanların nəzərinə! Pulunuz batmasın deyə...

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bankda pulu olan və ya pul yerləşdirməyi düşünən vətəndaşlar üçün mühüm yenilik var.Demokrat.az saytı xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankla razılaşdırılmış yeni qaydalar əsasında milli valyutada olan əmanətlər üzrə sığorta limitini müəyyən edib. Yeni metodologiyaya əsasən, bankların son 6 ayda müştərilərə təklif etdiyi orta faiz dərəcələri təhlil edilib və qorunan əmanətlər üçün yuxarı hədd dəyişdirilməyərək illik 12% səviyyəsində saxlanılıb.Bu qərar o deməkdir ki, vətəndaşlar banklarda manatla olan vəsaitlərini illik 12%-dən çox olmayan faizlə yerləşdirdikdə, həmin pullar dövlət tərəfindən tam sığortalanır. Araşdırmalar göstərib ki, 2025-ci ilin son aylarında bankların müştərilərə təklif etdiyi real bazar faizi təxminən 10% olub. Fond isə bu rəqəmin üzərinə 2 faiz bəndi əlavə edərək əmanətçilər üçün təhlükəsizlik baryerini 12% olaraq qəti ləşdirib.Vətəndaşların maraqlarını qorumaq üçün bu limitlərə ildə iki dəfə baxılacaq. Növbəti qərarın 2026-cı ilin iyul ayında veriləcəyi bildirilir. Bu sistemin əsas məqsədi bank bazarındakı dəyişiklikləri izləmək və əmanətçilərin pullarının real bazar şərtlərinə uyğun sığortalanmasını təmin etməkdir.Bu, bir növ "təhlükəsizlik zəmanəti"dir. Əgər siz banka pul qoyursunuzsa və bank sizə illik 12%-dən çox olmayan faiz dərəcəsi təklif edirsə, bu o deməkdir ki, bank batsa belə, dövlət sizin pulunuzu geri qaytaracaq. Ancaq daha çox qazanmaq həvəsi ilə 13-14% və ya daha yüksək faiz təklif edən banka pul yatırsanız, həmin əmanət sığortalanmamış sayılır və bankın müflis olması halında pulunuzu itirmək riski ilə üzləşirsiniz. Bir sözlə, dövlət sizə deyir: "12%-ə qədər olan qazanclarına mən zaminəm".Qeyd edək ki, əmanət müqaviləsi bağlayarkən seçdiyiniz faiz dərəcəsinin "qorunan" statusda olduğunu bank əməkdaşından mütləq soruşmaq daha məqsədəuyğundur.Kənan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
30
demokrat.az

10Sources