EN

“SEPAH ın terror siyahısına salınması 30 il gecikmiş qərardır” Məryəm Rəcəvi

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.

Bu barədə Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Gununsesi.info bildirir ki, məsələyə münasibət bildirən İran Milli Müqavimət Şurasının prezidenti Məryəm Rəcəvi qeyd edib ki, İran xalqı və müqavimət hərəkatı şəhidlərin karvanı ilə birlikdə, işğal olunmuş bütün vətən boyu Avropa İttifaqına üzv olan bütün ölkələrin razılığı və digər Avropa dövlətlərinin də bu qərara tabe olması ilə Xamenei-yə bağlı SEPAH-ın terror təşkilatları siyahısına salınmasının rəsmi elanını səbirsizliklə gözləyir.

Məryəm Rəcəvinin sözlərinə görə, SEPAH zorakılığın, repressiyanın, terrorun, gerilikçi ideologiyanın və müharibə təşviqinin əsas dayağıdır və onun terror siyahısına daxil edilməsi ən azı üç onillik gecikmiş bir qərardır.

O bildirib ki, hazırda Avropa İttifaqının xarici işlər nazirlərinin fevralın 9-da, cümə axşamı səhər keçiriləcək xüsusi iclası böyük gözləntilə izlənilir.

“Qırx ildən artıq davam edən güzəştlər və uzanan müzakirələr kifayətdir. Daha artıq vaxt itirməyin və SEPAH-ın terror təşkilatı elan edilməsi ilə bağlı qərarı təxirə salmayın”, – deyə Rəcəvi əlavə edib.

O əlavə edib ki, İran xalqı vaxtilə Şah rejiminin işgəncə verən SAVAK-ının ləğvini tələb etdiyi kimi, bu gün də Şeyx və Vəliyyi-fəqih rejiminin repressiv və cinayətkar SEPAH-ının ləğvini qətiyyətlə tələb edir.

Şəbnəm 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
93
50
icma.az

10Sources