EN

Tramp Çinlə işgüzar münasibətlərə görə Britaniyanı təhdid edir

ABŞ prezidenti Donald Tramp Britaniyanı Çinlə işgüzar münasibətlərə görə xəbərdar edərək, bunun çox təhlükəli olduğunu bildirib...

Poliqon xəbər verir ki, Politico-nun məlumatına görə, Tramp bu açıqlamanı Böyük Britaniya Baş naziri Kir Starmerin cümə axşamı Pekində Çin Prezidenti Si Szinpinlə görüşməsindən sonra verib.

Görüşdə Starmer Britaniya vətəndaşları üçün Çində 30 günə qədər vizasız səyahət, eləcə də Çinin Şotland viskisinə tariflərinin azaldılmasını təmin edib.

Vaşinqtonda "Melaniya" filminin premyerasında iştirak edərkən Trampdan Britaniyanın Pekinlə daha yaxın əlaqələr qurmaq istəyi barədə soruşulub. ABŞ prezidenti ən sərt tənqidini Kanadanın baş nazri Mark Karniyə yönəldib, eyni zamanda Britaniyanı Çinlə işgüzar münasibətlərə görə xəbərdar edib.

"Bu, onlar üçün çox təhlükəlidir. Düşünürəm ki, Kanada üçün Çinlə iş görmək daha da təhlükəlidir. Kanada çətin bir dövrdən keçir. Onlar çox da yaxşı deyillər və Çinə problemin həlli kimi baxmaq olmaz. Çini çox yaxşı tanıyıram. Prezident Si mənim dostum olduğunu bilirəm. Onu çox yaxşı tanıyıram. Amma bu, aradan qaldırılması lazım olan böyük bir maneədir", deyə Tramp bildirib.

Çərşənbə axşamı gecəsi Pekinə gedən təyyarədə Starmer səfərinin Trampı qıcıqlandırıb-qıcıqlandırmayacağı ilə bağlı sualı kənara qoyub. "ABŞ ilə münasibətlərimiz müdafiə, təhlükəsizlik, kəşfiyyat, ticarət və bir çox digər sahələrdə ən yaxın münasibətlərimizdən biridir", deyə o bildirib.

Starmer ABŞ ticarəti ilə Çin arasında seçim etməyəcəyini vurğulayıb. Dauninq Strit qeyd edib ki, Trampın özü aprel ayında Çinə səfər etməyi planlaşdırır və ABŞ prezidenti Si Szinpini öz dostu adlandırıb.

Poliqon.info

Chosen
53
33
poliqon.info

10Sources