EN

İMQ Qəzzanın cənubunda səkkiz radikala zərbə endirildiyini bildirib

İMQ

İsrail Müdafiə Ordusu (İMQ) Qəzza sektorunun cənubunda yerləşən bunkerdən çıxan səkkiz radikali aşkar edərək onlara zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: “Qoşunlar Qəzza sektorunun cənubundakı Rəfah şəhərinin şərqində yerləşən yeraltı terror bunkerindən çıxan səkkiz terrorçunu aşkar edib. Tanınmadan sonra Hərbi Hava Qüvvələri zərbə endirib və üç terrorçunu zərərsizləşdirib.”

Mətbuat xidməti əlavə edib ki, daha sonra qaçmağa cəhd göstərən qalan terrorçuların gizləndiyi ərazilərə əlavə zərbələr endirilib.

Orduda bildirilib ki, “əsgərlər həmin ərazidə axtarışları davam etdirir və bütün terrorçuların aşkar edilərək zərərsizləşdirilməsi məqsədilə əməliyyat aparırlar”.

Məryəm Quliyeva

Chosen
86
18
xalqcebhesi.az

10Sources