EN

Media: ABŞ Avropaya qırıcı təyyarələr göndərir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 30 yanvar, AZƏRTAC

ABŞ Hərbi Hava Qüvvələri İran ətrafında yaranmış gərginlik fonunda Avropaya beşinci nəsil F-35A qırıcı təyyarələri göndərib.

AZƏRTAC xəbər verir ki, “War Zone” portalı bu barədə açıq mənbələrə istinadla məlumat yayıb.

Təyyarələrin dislokasiya olunacağı yer məlum deyil. Sosial şəbəkələrdə yayılan videolarda bu qırıcıların bir qisminin Portuqaliyanın “Lajiş” aviabazasına eniş etdiyi görünür.

F-35A qırıcıları daha əvvəl ABŞ-ın Venesuelada keçirdiyi və ölkə Prezidenti Nikolas Maduronun əsir götürülməsi ilə nəticələnən əməliyyata hazırlıq çərçivəsində Puerto-Rikoya köçürülmüşdü. Nəşr qeyd edir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ilk F-35A qırıcılarının Yaxın Şərq istiqamətində göndərilməsi ilə bağlı aydın əlamətlər mövcuddur. Beşinci nəsil qırıcıları 2025-ci ilin iyununda ABŞ-ın İrana qarşı hücumu zamanı İranın hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılmasında əsas rol oynamışdı.

Qeyd edək ki, bir müddət öncə Birləşmiş Ştatlar F/A-18G tipli qırıcıları da İspaniyaya göndərilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
75
30
azertag.az

10Sources