EN

YAP Sədrinin müavini Vyetnamda

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ölkəmizin Vyetnamdakı səfirliyinin təşkilatçılığı ilə Hanoyda “Strateji tərəfdaşlıq - siyasi partiyaların aparıcı rolu” mövzusunda tədbir keçirilib.

Fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə iki ölkə arasında tarixi köklərə əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, müdrik dövlət xadimi Heydər Əliyev istər SSRİ dönəmində, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizə rəhbərlik etdiyi zaman Vyetnam ilə münasibətlərin inkişafına böyük önəm verib. Onun siyasətini uğurla davam etdirən Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Vyetnamla əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirir.

Tahir Budaqov strateji tərəfdaşlıq münasibətlərinin irəliyə aparılması üçün ayrı-ayrı qurumların üzərinə mühüm vəzifələrin düşdüyünü, bu kontekstdə sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Qarşılıqlı səfərlərin önəminə diqqəti cəlb edən YAP Sədrinin müavini Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini deyib.

Vyetnam Milli Statistika İdarəsinin baş direktoru Nguyen Thi Hong hər iki ölkənin müxtəlif sahələrdə işbirliyini genişləndirməsinin vacibliyinə toxunaraq statistika qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının sədri Dang The Vin isə Azərbaycan–Vyetnam münasibətlərinin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğunu söyləyib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
7
xalqqazeti.az

7Sources